525.Az

Ruhani: "Tramp ABŞ prezidentləri arasında ən pisidir"


 

Ruhani: "Tramp ABŞ prezidentləri arasında ən pisidir"<b style="color:red"></b>

“Donald Tramp 1979-cu ildən bəri ABŞ-a rəhbərlik edən şəxslər arasında “ən pis” prezidentdir”. 

APA-nın “Mehr” xəbər agentliyinə istinadən verdiyi xəbərə görə, bunu İran prezidenti Həsən Ruhani bəyan edib. 

“1979-cu il, İslam inqilabı qalib gəldikdən bu günə qədər ABŞ rəhbərliyi İran xalqının düşməni olub. İndiki prezident isə digərləri ilə müqayisədə ən pis, ən qəddar və ən riyakar prezidentdir”, - deyə Ruhani söyləyib.

O bildirib ki, İran Vaşinqtonun Tehrana qarşı niyyətlərindən məlumatlıdır.

 





14.06.2018    çap et  çap et