525.Az

“Azərsu” ASC-nin orden və fəxri adlar almış əməkdaşlarına mükafatlar təqdim olundu


 

“Azərsu” ASC-nin orden və fəxri adlar almış əməkdaşlarına mükafatlar təqdim olundu<b style="color:red"></b>

“5 iyun - Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramı ərəfəsində Azərbaycan prezidentinin sərəncamları ilə 3-cü dərəcəli “Əmək” ordeni və “Tərəqqi” medalı ilə təltif olunmuş, həmçinin, “Əməkdar mühəndis” fəxri adı almış əməkdaşlara mükafatların təqdim olunması mərasimi keçirilib.

 “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Səhmdar Cəmiyyətin Qorxmaz Hüseynov təltif olunmuş əməkdaşları təbrik edərək bildirib ki, son illər su təsərrüfatı sektoru yeni inkişaf dövrünə qədəm qoyub. O bildirib ki, istehlakçıların içməli su təchizatının və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədi ilə prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq ölkə miqyasında genişmiqyaslı işlər görülüb, mühüm layihələr həyata keçirilib.

Q.Hüseynov deyib ki, prezident İlham Əliyevin 2018-ci il  iyun ayının 4-də imzaladığı sərəncamlarla su təsərrüfatı sahəsində səmərəli fəaliyyətinə görə “Azərsu” ASC-nin 3 əməkdaşı 3-cü dərəcəli “Əmək” ordeninə, 2 əməkdaş “Əməkdar mühəndis” fəxri adına, 12  əməkdaşı isə “Tərəqqi” medalına layiq görülüb: “Eyni zamanda, “Azərsu” ASC sədrinin əmri ilə əmək fəaliyyətində fərqlənən 100 əməkdaş “Fəxri Fərman”, 101 əməkdaş isə “Təşəkkürnamə” ilə təltif olunub: “Azərbaycan vətəndaşlarının sağlamlığının qorunmasına  və sosial rifahının yüksəldilməsinə istiqamətlənmiş dövlət siyasətinə su  təsərrüfatı işçiləri özünəməxsus töhfələr verməkdədir. Peşə bayramının təsis edilməsi və ənənəvi olaraq bayram ərəfəsində həmkarlarımızın mükafatlandırılması ölkə başçısının su təsərrüfatı işçilərinin əməyinə verdiyi  qiymət, bu sahənin inkişafına göstərdiyi diqqətin bariz nümunəsidir. Əminəm ki, çoxminli su təsərrüfatı işçiləri bundan sonra da var qüvvəsi ilə çalışaraq qarşıya qoyulmuş vəzifələri layiqincə yerinə yetirəcək, onlara göstərilən etimadı doğruldacaq”.

Sonra su təsərrüfatı sahəsində səmərəli fəaliyyətinə görə təltif olunmuş əməkdaşlara  3-cü dərəcəli “Əmək ordeni”, “Tərəqqi” medalı,  “Əməkdar mühəndis” fəxri adının vəsiqələri, “Fəxri Fərman” və  “Təşəkkürnamə”lər  təqdim olunub. Təltif olunan əməkdaşlar su təsərrüfatı işçilərinin əməyinə verdiyi qiymətə görə ölkə  başçısına minnətdarlıqlarını bildiriblər.

 





15.06.2018    çap et  çap et