525.Az

“Qurtuluş” tamaşası uğurla nümayiş olundu


 

“Qurtuluş” tamaşası uğurla nümayiş olundu <b style="color:red"></b>

İyunun 13-də İrəvan Dövlət Azərbaycan Dram Teatrı DTX-nin Heydər Əliyev adına Akademiyasında “Ulu Öndər Heydər Əliyev irsini öyrənirik” layihəsi çərçivəsində şair-dramaturq İftixarın “Qurtuluş dastanı” əsəri əsasında hazırlanmış “Qurtuluş” tamaşası ilə çıxış edib.

15 iyun - Milli Qurtuluş Gününə həsr olunan tamaşada Akademiyanın rəhbərliyi, zabitləri və kursantları iştirak ediblər. Uğurla nümayiş olunan tamaşa sonda alqışlarla qarşılanıb, teatrın yaradıcı kollektivinə diplom təqdim edilib.

Tamaşanın rejissoru və rəssamı Əməkdar mədəniyyət işçisi İftixar Piriyev, ikinci rejissoru Xaqani Əliyev, musiqi tərtibatı Günay Muradovadır.

Səhnə əsərində Ümummilli lider Heydər Əliyevin bədii obrazını teatrın direktoru, Əməkdar mədəniyyət işçisi İftixar Piriyev canlandırıb. Digər rolları Əməkdar artistlər Vaqif kərimov, Rəşid Rzayev, aktyorlar Niyaməddin Səfərəliyev, Şəbnəm Cəbrayılova, Ruhiyyə Eyvazova, Sevinc Hüseynova, Oktay Mehdiyev, Ceyhun Əliyev, Bəhruz Hikmətoğlu, Tural Xəlilzadə, Natiq Həziyev, Gültac Əsgərova və Rövşən Cəfərov ifa ediblər.

ŞAHANƏ

 





15.06.2018    çap et  çap et