525.Az

Qazax Dövlət Dram Teatrının kollektivi paytaxta gəlir


 

Qazax Dövlət Dram Teatrının kollektivi paytaxta gəlir<b style="color:red"></b>

İyun 18-də Qazax Dövlət Dram Teatrının kollektivi Gənc Tamaşaçılar Teatrında Viktor Hüqonun "Bir edam məhkumunun son günü" əsərinin motivləri əsasında hazırlanan eyniadlı tamaşa ilə çıxış edəcək.

Teatrdan 525.az-a verilən məlumata görə, bu dəfə paytaxt sakinlərinin görüşünə gələcək tamaşa Mədəniyyət Nazirliyinin dəstəyi ilə teatrın rejissoru Allahverdi Musayev tərəfindən hazırlanıb.

Əsas obrazı teatra dəvət olunan aktyor, teleaparıcı Mehman Dilqəmoğlu (Piriyev) canlandıracaq.

Digər rolları aktyorlar Hacı Hacıyev, İlqar Hacəliyev, Yusif Qoca, Arif Almədədov, Aydın Orucov, Nəsimi Aşpazov ifa edəcəklər.

Tamaşanın quruluşçu rəssamı Səyyat Məmmədovdur.

Əsəri dilimizə gənc şair Hikmət Orhun uyğunlaşdırıb.

Giriş sərbəstdir.

Şahanə MÜŞFİQ

 





15.06.2018    çap et  çap et