525.Az

Portuqaliya İspaniya ilə heç-heçə etdi, İran və Uruqvaydan qələbə


 

Portuqaliya İspaniya ilə heç-heçə etdi, İran və Uruqvaydan qələbə<b style="color:red"></b>

Rusiyada keçirilən dünya çempionatında dünən daha 3 oyun keçirilib.

Qol.az-ın məlumatına görə, günün ilk matçı ilə “A” qrupunda birinci tura yekun vurulub.

Yekaterinburqda Misir və Uruqvay milliləri üz-üzə gəlib. Məhəmməd Salahın oynamadığı görüşdə Cənubi amerikalılar 90-cı dəqiqədə vurduqları qolla qələbəni bayram ediblər.

“B” qrupunun ilk matçında Mərakeş İranı sınağa çəkib. Baş hakim türkiyəli hakim Cüneyt Çakır idarə etdiyi görüş İranın 1:0 hesablı qələbəsi ilə başa çatıb.

İkinci oyun gününün son matçında isə azarkeşlər Portuqaliya - İspaniya qarşılaşmasına tamaşa edib. Gərgin mübarizə şəraitində keçə oyun 3:3 hesabı ilə başa çatıb.

 





16.06.2018    çap et  çap et