525.Az

"Əlverişli atmosferin yaradılması münaqişənin həlli üçün vacibdir"


 

"Əlverişli atmosferin yaradılması münaqişənin həlli üçün vacibdir"<b style="color:red"></b>

"Əlverişli atmosferin yaradılması Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün vacib zəmindir". 

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib. 

Moskvada Azərbaycan prezidenti İlham Əliyevin Ermənistan baş naziri Nikol Paşınyanla görüşünün Dağlıq Qarabağ münaqişənin nizamlanması üzrə aparılan danışıqlar prosesinin fəallaşmasına təkan verib-verməyəcəyi barədə sualı cavab verən Rusiya XİN rəsmisi əlverişli atmosferin yaradılmasının danışıqlar prosesinin irəli getməsinə yardım etdiyini söyləyib:

“Bu, təkcə yardım etmir, həm də bu problemin həlli üçün vacib zəmin sayılır. Rusiya əlindən gələni edir ki, Qarabağ münaqişəsi nizamlansın.

İstəyirik ki, iki xalq nəhayət ki bu qanlı münaqişəni həll etsin. Azərbaycan və Ermənistanla münasibətləri inkişaf etdirmək istəyirik. Bizim vəzifəmiz nizamlanma anını yaxınlaşdırmaqdır, uzaqlaşdırmaq deyil”.

 





16.06.2018    çap et  çap et