525.Az

Cəbhəboyu zonada hərbi birliyin təlimləri başa çatdı


 

Cəbhəboyu zonada hərbi birliyin təlimləri başa çatdı <b style="color:red"></b>

Cəbhəboyu zonada yerləşən hərbi birliyin birləşmə və hissələrinin qərargah və bölmələrinin cəlb edilməsi ilə keçirilən təlim başa çatıb. 

APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, təlimlərə 2000 nəfərədək şəxsi heyət, 60-dək tank və digər zirehli texnika, 250-dək təkərli və xüsusi texnika, 70-dək müxtəlif çaplı artilleriya qurğusu və minaatan cəlb olunub.

Qoşunların hazırlığının yoxlanılması məqsədilə birləşmə və hissələr “Həyəcan” siqnalı ilə qaldırılıb və cəmləşmə rayonlarına çıxarılaraq tam döyüşə hazırolma dərəcəsinə gətirilib.

Təlimin əməliyyat şəraitinə uyğun olaraq qoşunlar şərti düşmənin hücumunun qarşısının alınması, onun atəşlə tələfata uğradılması və müdafiənin əlverişli hədlər üzrə bərpa olunması tapşırıqlarını yerinə yetirib. 

Təlimlərə cəlb olunan şəxsi heyət qarşıya qoyulan bütün tapşırıqları uğurla yerinə yetirib.

 





16.06.2018    çap et  çap et