525.Az

Qazaxda dinc sakin ermənilərin açdığı atəş nəticəsində yaralandı


 

Qazaxda dinc sakin ermənilərin açdığı atəş nəticəsində yaralandı <b style="color:red"></b>

Qazax rayonunda gənc qadın ermənilərin açdığı atəş nəticəsində yaralanıb. 

APA-nın yerli bürosunun xəbərinə görə, rayonun Quşçu Ayrım kənd sakini, 1990-cı il təvəllüdlü Ağamalıyeva Güləna Aqif qızı ayağının topuq nahiyəsindən aldığı güllə yarası ilə xəstəxanaya çatdırılıb. 

Ailə üzvləri onun erməni silahlılarının açdığı atəş nəticəsində yaralandığını bildiriblər.

Onların sözlərinə görə, G. Ağamalıyeva təmas xəttinə yaxın ərazidə quzu otararkən, ermənilər atəş açıb. Nəticədə o, xəsarət alıb.

 





16.06.2018    çap et  çap et