525.Az

Nazirdən müəllimlərə təbrik


 

Nazirdən müəllimlərə təbrik<b style="color:red"></b>

“Dünyanın əksər ölkələrində 5 oktyabr-Müəllim Günü kimi qeyd olunur. Fürsətdən istifadə edib onları təbrik edirəm, qoy müəllimlərimiz sağlam, bilikli, bacarıqlı olsunlar. Xalqımızı, millətimizi və dövlətimizin inkişafında öz şərəfli işlərini layiqli davam etdirsinlər”.

Bunu 525.az-a açıqlamasında təhsil naziri Misir Mərdanov deyib.

Prezident İlham Əliyevə xüsusi minnətdarlıq ünvanlayan təhsil naziri deyib:

“Dövlət başçısına bütün müəllimlər ordusu adından minnətdarlıq edirəm ki, hər il olduğu kimi bu il də bir qrup Azərbaycan müəlliminə fəxri adlar verdi. Bu müəllimlərin əməyini stimullaşdırmaq istiqamətində prezident tərəfindən atılan çox mühüm addımdır. Hər il bu addımlar atılır və bayram qeyd olunur. Onların qarşısında Azərbaycan təhsil ictimaiyyəti adından söz verirəm ki, Azərbaycan müəllimləri prezidentin etimadını ən yüksək səviyyədə doğrultmağa çalışacaqlar”.

S.QARAYEVA

 





05.10.2012    çap et  çap et