525.Az

Güclü sel Quba-Xınalıq yolunda maşını dərəyə aşırdı


 

Güclü sel Quba-Xınalıq yolunda maşını dərəyə aşırdı <b style="color:red"></b>

Bu gün günorta saatlarında Quba rayonu ərazisinə güclü yağış yağıb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Quba-Xınalıq yolunun 53-cü km-də güclü sel "Mersedes " markalı avtomaşını yoldan çıxararaq dərəyə aşırıb.

İstirahət üçün Xınalığa gələn Bakı sakinləri son anda avtomobili tərk edə biliblər.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Quba-Xınalıq yolu bir müddət bağlı qalıb. Əraziyə cəlb olunan texnikanın köməkliyi ilə yolda hərəkət yenidən bərpa olunub.

 





17.06.2018    çap et  çap et