525.Az

Maradona stadionda siqar çəkdi


 

Maradona stadionda siqar çəkdi<b style="color:red"></b>

Əfsanəvi Dieqo Maradona tətbiq olunan qadağaya baxmayaraq, DÇ-2018-in matçında stadionda siqar çəkib.

Qol.az-ın xəbərinə görə, bu, dünən keçirilən Argetina-İslandiya görüşü zamanı baş verib.

“Bu gün argentinalılar üçün ağır gün idi. Start oyunu səbəbindən həyəcan vardı. Mən həqiqətən siqaret qadağasından məlumatsız idim. Hamıdan və turnirin təşkilatçılarından üzr istəyirəm.

İrəli, Argentina! Gəlin, bizim uşaqları heç vaxt olmadığı qədər dəstəkləyək” – o, "Tvitter"də yazıb.

 





17.06.2018    çap et  çap et