525.Az

Mourinyo Messinin oyunundan danışdı


 

Mourinyo Messinin oyunundan danışdı <b style="color:red"></b>

“Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo Argentina millisinin kapitanı Lionel Messinin DÇ-2018-də İslandiyaya qarşı matçdakı (1:1) oyununu şərh edib.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, portuqaliyalı mütəxəssis bildirib ki, komandası üçün vacib məqamda Messinin penaltidən qol vurmaq imkanı olsa da, o, bundan istifadə edə bilməyib.

“Bu uğursuzluq ona mənfi təsir etdi. Messi sonra da qol vurmağa cəhd göstərdi. Amma alınmadı. Əsasən ona qarşı üç futbolçu oynayırdı. Amma onun tək müdafiəçi ilə qaldığı məqamlar da olurdu”.

Xatırladaq ki, Messi İslandiya ilə matçda penaltini vura bilməyib. Argentina növbəti görüşünü iyunun 21-də Xorvatiyaya qarşı keçirəcək.

 





17.06.2018    çap et  çap et