525.Az

"Azərbaycan Xalq Cümhuriyyəti: dil məsələləri" kitabı təqdim edildi


 

"Azərbaycan Xalq Cümhuriyyəti: dil məsələləri" kitabı təqdim edildi<b style="color:red"></b>

İyunun 14-də Bakı Yunus Emre İnstitutunun təşkilatçılığı ilə filologiya elmləri üzrə fəlsəfə doktoru Elçin İbrahimovun "Azərbaycan Xalq Cümhuriyyəti: Dil Məsələləri" kitabının təqdimatı keçirilib.

Əvvəlcə çıxış edən İnstitutun direktoru dosent Cihan Özdemir kitab haqqında tədbir iştirakçılarına geniş məlumat verərək bildirib ki, Azərbayan Xalq Cümhuriyyətinin 100 illiyi bağlı rəhbərlik etdiyi qurum bir çox tədbirlər keçirib. Bu tədbirlərin ilboyu keçirilməsi nəzərdə tutulduğunu deyib.

Daha sonra çıxış edən kitabın elmi redaktoru, akademik Kamal Abdullayev kitabın əhəmiyyətindən danışıb:
“Azərbaycanda dil siyasətinin sistemli şəkildə yürüdülməsi, məhz Azərbaycan Xalq Cümhuriyyəti dövründən başladığını, sonralar bu siyasi təntənə Azərbaycan xalqının iradəsini əks etdirən ulu öndər Hey-dər Əliyevin dil siyasətində özünü göstərəcək və daha sonra Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Azərbaycan dili və mədəniyyti ilə bağlı həyata keçirdiyi sistemli proyektlərin bir-birinin içindən doğan taleyüklü məsələlərin reallaşmasında özünü göstərdiyini” qeyd edib.

Həmçinin K.Abdullayev əlavə edib ki, indiyənə qədər Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı fikirlər, düşüncələr onun apardığı dil siyasəti ilə bağlı təhlillər bir növ ümumiləşdirilir və Cümhuriyyət dövründə özünü göstərən dil sitiusiyası bütöv şəkildə təqdim edilir:

"Cəmiyyət və onun dili, parlament və onun dili bunlar bir-birini tamam-lasalar da, faktiki olaraq bir-birindən fərqli, hətta bəzən qarşıdurma səviyyəsində fərqli məsələlərə, məqamlara gətirib çıxarır.

Maraqldır ki, hətta Azərbaycanın milli ruhla yaşamış dövlət xadimləri, parlament sədrləri, hökümət baş-çıları özləri də öz nitqlərində bir-birindən fərqlənə bilirlər. Məhəmməd Əmin Rəsulzadənin, Fətəli xan Xoyskinin və başqalarının dilinin bir-birindən fərqlənməsi onların aldığı təhsillə yanaşı, eyni zamanda, mənsub olduqları ictimai-si-yasi dairələrin dilə münasibət özəllikləri ilə bağlıdır”.

K.Abdullayev çıxışının sonunda Məhəmməd Əmin Rəsulzadənin ifadəsini dəyişərək: “Bir dəfə danışdığın dil heç zaman unudulmaz!” deyərək Elçin İbrahimovun kitabının Azərbaycan Xalq Cümhuriyyəti dövrünü və bu dövrün dili ilə nəinki danışan, hətta yaşayan böyük şəxsiyyətlərin hissini, duyğularını bizə yaxın etdiyini və oxucunun da bu kitabı layiqincə qiymətləndirəcəyinə əmin olduğunu diqqətə çatdırıb.

Çıxış edənlərdən Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov, professorlar Adil Babayev, Solmaz Rüstəmova-Tohidi, "Hədəf" Şirkətlər Qrupunun direktoru dosent Şəmil Sadiq, Nehrəm Xeyriyyə Cəmiyyəti İctiami Birliyinin sədri Vahid Bayramov və digərləri Elçin İbrahimovun kitabı haqqında fikirlərini bölüşüblər.

 





16.06.2018    çap et  çap et