525.Az

“Odlar Yurdu” ölkəmizi Rumıniyada təmsil etdi


 

“Odlar Yurdu” ölkəmizi Rumıniyada təmsil etdi <b style="color:red"></b>

15 iyun “Odlar Yurdu” Gənclər İB-nin təsis olunduğu gündür. 6 il öncə fəaliyyətə başlayan birliyin 5 fəaliyyət istiqamətindən biri – beynəlxalq əlaqələrin inkişafı çərçivəsində növbəti beynəlxalq layihənin tərəfdaşı olub.

Avropa Komissiyasının (The European Commission ) Erasmus Plus proqramı çərçivəsində Rumıniyanın Krayova şəhərində keçirilən “You are not alone” (sən tək deyilsən, ID no.2017-3-R001-KA105-047030) adlı layihə əlil insanların cəmiyyətə inteqrasiyası mövzusu istiqamətində, gənclər mübadiləsi proqramı (youth exchange program) formatında icra olunub.

Birliyin sədri Nigar Ələsgərovanın sözlərinə görə 5 nəfərlik heyyətlə Birlik iyun ayının ilk on günlüyündə layihəyə qatılıblar.

Layihə çərçivəsində Azərbaycan mədəniyyət gecəsi təşkil olunub və ölkəmiz gənclər tərəfindən layiqincə təmsil olunub. Həmçinin Azərbaycan Xalq Cümhutiyyətinin 100-cü il dönümü münasibətilə şanlı tarixə həsr olunmuş təqdimat da keçirilib. İngiltərə, Yunanıstan, Bolqarıstan, Azərbaycan ,Türkiyə və Rumıniyadan ümumilikdə 35 nəfər gəncin iştirak etdiyi layihədən gənclər əlil insanların cəmiyyətə inteqrasiyasi, inkluziv təhsil və s. istiqamətdə yeni biliklər qazanıblar.

Məlumat üçün bildirək ki, bu layihə birliyin sayca 18-ci beynəlxalq layihə tərəfdaşlığıdır. Birlik Türkiyə, Sloveniya, İtaliya, Norveç, Moldova, Gürcüstan, Yunanıstan, Bolqarıstan kimi ölkələrdə keçirilən layihərin tərəfdaşı olaraq könüllü gənclərə həmin layihələrdə iştirak imkanı tanıdıb, onların dünyagörüşlərinin, lobbiçilik, xarici dil və s. kimi vacib biliklərinin artmasına dəstək olub. Həmçinin bütün layihələrdə təşkil olunan “Azərbaycan Mədəniyyət gecəsi” vasitəsilə ölkəni yüksək səviyyədə və layiqincə təmsil edilib.

 





18.06.2018    çap et  çap et