525.Az

Göygölə dolu yağıb, ağaclar qırılıb, fərdi təsərrüfatlara ziyan dəydi


 

Göygölə dolu yağıb, ağaclar qırılıb, fərdi təsərrüfatlara ziyan dəydi <b style="color:red"></b>

Bu gün Göygölə dolu yağıb. 

APA-nın qərb bürosunun məlumatına görə, bu gün saat 18.00 radələrində Qərb bölgəsinin bəzi rayonlarına yağış yağıb. 

Göygöl rayonunda isə əvvəlcə 5 dəqiqə dolu yağıb, daha sonra leysan xarakterli yağışa çevrilib. Dolu və yağış gülü küləklə müşayiət olunub. Rayon ərazisində bəzi yerlərdə ağaclar qırılıb, fərdi təsərrüfatlara ziyan dəyib. 

Rayon İcra Hakimiyyəti Aparatından APA-ya verilən məlumata görə, dolu əsasən rayon mərkəzi, Mollacəlili və Topalhəsənli kəndlərində müşayiət olunub. 

Hazırda dəymiş ziyanın müəyyənləşdirilməsi ilə bağlı iş aparılır.

 





18.06.2018    çap et  çap et