525.Az

İsveç, Belçika və İngiltərədən qələbə


 

İsveç, Belçika və İngiltərədən qələbə<b style="color:red"></b>

Dünya çempionatında bu gün daha 3 oyun keçirilib.

Qol.az-ın məlumatına görə, günün ilk matçı ilə F qrupunda ilk tura yekun vurulub. İsveç millisi Cənubi Koreya ilə üz-üzə gəlib.

Pley-offda İtaliyanı mundiala həsrət qoyan İbrahimoviçsiz İsveç millisinin bu matçda qələbə şansı daha yüksək qiymətləndirilirdi. Qarşılaşma Avropa təmsilçisinin qələbəsi ilə başa çatıb - 1:0.

Bu qrupdakı digər oyununda Meksika Almaniyanı məğlub edib.

Ardınca G qrupunun kollektivləri mübarizəyə qoşulub. Belçika Panama ilə qarşılaşıb və 3:0 hesabı ilə qalib gəlib. Daha sonra İngiltərə Tunisi sınağa çəkib. Görüş ingilislərin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

 





19.06.2018    çap et  çap et