525.Az

Oqtay Əsədov Çinə gedir


 

Oqtay Əsədov Çinə gedir <b style="color:red"></b>

Milli Məclisin sədri Oqtay Əsədov Çinə rəsmi səfər edəcək. 

APA-nın xəbərinə görə, bu barədə yerli “Sinxua” agentliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, O. Əsədov Ümumçin Xalq Nümayəndələri Məclisi Daimi Komitəsinin sədri Li Çjanşunun dəvəti ilə Pekinə gedir.

Səfər 19-23 iyun tarixlərində baş tutacaq.

Səfərin məqsədi və keçiriləcək görüşlər barədə hələ bir məlumat yoxdur.

 





19.06.2018    çap et  çap et