525.Az

Turqut Özal yenidən dəfn edildi


 

Turqut Özal yenidən dəfn edildi<b style="color:red"></b>

Mərhum prezident Turqut Özalın nəşi bu gün səhər saatlarında Məhkəmə Tibb Ekspertizasından çıxarılıb və yenidən dəfn edilib. Dəfn mərasimində Özalın həyat yoldaşı Səmra Özal və oğlu Əhməd Özal iştirak edib. Hökuməti Avropa Birliyi naziri Egemen Bağış təmsil edib.

Jurnalistlərin suallarını cavablandıran Əhməd Özal açılan məzarda saç telindən daha çox şeyin tapıldığını söyləyib: "Çünki yalnız sümük deyil, daxili orqanlarla birlikdə gövdə belə 5 ildə çürüməli olduğu halda 20 ildə çürüməyib. Bizim ənənələrimizə uyğun olaraq mərmərin götürülməsini və insanların torpağa su tökə bilməsini istərdik".

Turqut Özalın nəşi Ankara prokurorluğunun qərarı əsasında 3 gün əvvəl məzardan çıxarılmışdı. Cəsədlə bağlı ekspertiza rəyinin iki ay içərisində hazırlanması gözlənilir. (TRT)

 





05.10.2012    çap et  çap et