525.Az

Ankara S-400-lərdən imtina etməyəcək


 

Ankara S-400-lərdən imtina etməyəcək<b style="color:red"></b>

Ankara Rusiyadan S-400 zenit-raket komplekslərini almaqdan imtina etməyəcək. 

Modern.az-ın məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. 

Qeyd edək ki, ötən gün ABŞ Senatı 2018-ci il üçün müdafiə büdcəsinin layihəsini qəbul edib və bu büdcə layihəsində Türkiyənin F-35 qırıcılarının istehsalı prosesində iştirakının dayandırılması nəzərdə tutulub. Bu addım rəsmi Ankaranın S-400 komplekslərini almaq niyyəti ilə əlaqələndirilib. 

M.Çavuşoğlu bildirib ki, sünu böhranlar yaratmaq Qərbin tərzidir: “Onlar hesab edir ki, istəsələr satacaqlar, istəməsələr də satmaya bilərlər. Türkiyə bu cür münasibətlər sistemindən çıxıb. Hansı qanunlara əsasən S-400 alınmasına görə sanksiya tətbiq etməyə hazırlaşırsınız? Bu, düzgün yanaşma deyil və münasibətlərdə böhrana gətirib çıxaracaq. Biz S-400 almışıq, gəlin mövzunu bağlayaq”.

 





19.06.2018    çap et  çap et