525.Az

ABŞ BMT-nin İnsan Hüquqları Şurasını tərk etdi


 

ABŞ BMT-nin İnsan Hüquqları Şurasını tərk etdi<b style="color:red"></b>

ABŞ BMT-nin İnsan Hüquqları Şurasını tərk etməyə qərar verib.

APA-nın xəbərinə görə, bu barədə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli bildirib. 

“ABŞ rəsmi olaraq BMT İHŞ-i tərk edir”, - deyə, N.Heyli Dövlət Departamentinin mətbuat konfransında bildirib. 

ABŞ dövlət katibi Mayk Pompeo isə BMT İHŞ-in ölkənin milli maraqlarını pozduğunu vurğulayıb: “N.Heyli isə artıq bir ildən çoxdur ki bu təşkilatda islahatlar həyata keçirməyə çalışır”.   

“Əgər təşkilat bizim və müttəfiqlərimizin milli maraqlarını pozursa, biz onun üzvü olmaqdan imtina edirik”, - deyə, Pompeo qeyd edib. 

 





20.06.2018    çap et  çap et