525.Az

Sığorta sektorunda müvəqqəti inzibatçılıq yaradılacaq


 

Sığorta sektorunda müvəqqəti inzibatçılıq yaradılacaq<b style="color:red"></b>

“Azərbaycanda sığorta sektorunda müvəqqəti inzibatçılığın yaradılması üçün hökumətə təklif vermişik". 

"APA-Economics" xəbər verir ki, bunu Bakıda keçirilən 6-cı Sığorta Konfransında Maliyyə Bazarlarına Nəzarət Palatasının baş icraçı direktoru İbrahim Alışov deyib. 

Onun sözlərinə görə, bu inzibatçılıq sığorta sektorunda dalğalanmaların qarşısını alacaq:

"Ümumilikdə, Azərbaycanda makroiqtisadi mühitin formalaşması sığorta sektorunda yığımların artmasına səbəb olub.

Ölkədə sığorta yığımları bu ilin beş ayında 352 milyon manat olub ki, bu da illik müqayisədə 47 faiz artım deməkdir. Bu sığorta yığımlarının 73 faizi könüllü, 27 faizi isə icbari sığorta üzrə olub".

 





20.06.2018    çap et  çap et