525.Az

Milli Məclisin növbədənkənar sessiyada son iclasının vaxtı məlum oldu


 

Milli Məclisin növbədənkənar sessiyada son iclasının vaxtı məlum oldu<b style="color:red"></b>

Azərbaycan Milli Məclisinin növbədənkənar sessiyasının növbəti plenar iclasının vaxtı müəyyənləşib. 

APA-nın məlumatına görə, növbəti – son iclas iyunun 29-a təyin olunub. 

İclasın gündəliyinə “2018-ci il dövlət büdcəsinə dəyişikliklər edilməsi haqqında" qanun layihəsi və digər məsələlər daxildir. 

Qeyd edək ki, növbədənkənar sessiyada iyunun 12-də MM-in daha bir plenar iclası keçirilib.

 





20.06.2018    çap et  çap et