525.Az

Bakıda İran Mədəniyyət Həftəsi keçiriləcək


 

Bakıda İran Mədəniyyət Həftəsi keçiriləcək<b style="color:red"></b>

Bakıda İran Mədəniyyəti Həftəsi keçiriləcək. 

Bu barədə APA-ya İran İslam Respublikasının Azərbaycandakı Səfirliyinin mətbuat katibi Məmmədrza Nəcəfi məlumat verib.

O bildirib ki, Mədəniyyət Həftəsi iyunun 27-dən iyulun 1-dək davam edəcək. Beş gün müddətində bir sıra mədəni tədbirlərin, sərgilərin təşkili nəzərdə tutulur.   

Tədbirdə iştirak etmək üçün İranın mədəniyyət və islam irşad naziri Seyid Abbas Salehinin Azərbaycana səfər edəcəyi planlaşdırılır. O, iyunun 27-də Bakıda olacaq. 

İranlı Nazirin Azərbaycan mədəniyyət naziri Əbülfəs Qarayevlə təkbətək və geniş tərkibdə görüşü nəzərdə tutulub.

 





20.06.2018    çap et  çap et