525.Az

Nazir KİV-i əsgər ölümləri ilə bağlı məlumat yayarkən həssas olmağa çağırdı


 

Nazir KİV-i əsgər ölümləri ilə bağlı məlumat yayarkən həssas olmağa çağırdı<b style="color:red"></b>

"Hər bir əsgər ölümü olanda biz çox ciddi sarsıntı keçiririk. Hər bir əsgər həlak olanda araşdırma aparırıq. Araşdırma aparıldıqdan sonra məlum olur ki, əsgər şəhid olub və ya qeyri-döyüş şəraitində həlak olub". 

APA-nın məlumatına görə, bunu müdafiə naziri, general-polkovnik Zakir Həsənov deyib. 

Zakir Həsənov bu səbəbdən mətbuat işçilərinin hadisə barədə məlumat verərkən tələsməməyə, həssas olmağa çağırıb:

"Gəlin, araşdırmanın nəticəsini gözləyək. Biz heç vaxt əsgər ölümlərini gizlətmirik. Sadəcə, tələskənliyə yol vermək olmaz".

 





20.06.2018    çap et  çap et