525.Az

"Lerikdə yeniyetmə qızın təcavüzə məruz qalması barədə polisə müraciət edilməyib"


 

"Lerikdə yeniyetmə qızın təcavüzə məruz qalması barədə polisə müraciət edilməyib"<b style="color:red"></b>

Daxili İşlər Nazirliyi Lerikdə yeniyetmə qızın zorlanması ilə bağlı mətbuatda yayılan məlumatlara münasibət bildirib. 

Nazirliyin mətbuat xidmətinin rəis müavini Orxan Mansuzadə APA-nın sorğusuna cavabında bildirib ki, yeniyetmə qızın təcavüzə məruz qalması barədə Lerik rayon Polis Şöbəsinə, eləcə də nazirliyin digər aidiyyəti sutrukturlarına hər hansı məlumat və müraciət daxil olmayıb:

“Yeniyetməyə qarşı zorakılıq etməkdə adı hallanan şəxsin evinə hücum olması barədə yayılan məlumatlar da həqiqətdən uzaqdır və bu iddialar təxribat xarakterli dezinformaisyalardır”. 

Qeyd edək ki, bəzi KİV-də Lerikdə 7-ci sinif şagirdinin zorlandığı barədə məlumatlar yayılıb.

 





20.06.2018    çap et  çap et