525.Az

“Azərbaycan münaqişələrin doğurduğu iztirab və çətinlikləri yaxşı anlayır”


 

“Azərbaycan münaqişələrin doğurduğu iztirab və çətinlikləri yaxşı anlayır”<b style="color:red"></b>

"20 iyun bütün dünyadakı qaçqınlarla həmrəyliyin ifadə edildiyi gündür. Bu il də dünyada qaçqınların sayı baxımından rekord göstəricinin şahidi olduq".
 
APA-nın xəbərinə görə, bunu BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəsi Furio De Angelis Ümumdünya Qaçqınlar Gününə həsr olunmuş tədbirdə yekun nitqində deyib.

O bildirib ki, bu il qaçqınların sayı 2,9 milyon nəfər artaraq 68,5 milyon nəfərə çatıb: “Münaqişə və təqiblərdən xilas olmaq üçün ölkələrini tərk etmiş qaçqınların sayı 25,4 milyon nəfərdir və onların çoxu yaşı 18-dən az olan yeniyetmələrdir. Öz ölkələri daxilində didərgin düşmüş insanlar ümumilikdə 40 milyondur və bunların arasında azərbaycanlı məcburi köçkünləri də var".
 
F. D. Angelis qeyd edib ki, Azərbaycan münaqişələrin doğurduğu iztirab və çətinlikləri yaxşı anlayır: "Mən Cocuq Mərcanlıya qayıdış münasibətilə hökuməti təbrik edir və arzu edirəm ki, bu qayıdış böyük qayıdışın əlaməti olsun”. 

Azərbaycanın bura gələn qaçqınlar üçün təhlükəsiz yaşayış təmin edəcək ölkə olduğunu söyləyən BMT təmsilçisi Bakının qaçqınların himayə və rifahının təmin edilməsində göstərdiyi əməkdaşlığı yüksək qiymətləndirib.
 
F. D. Angelis əlavə edib ki, qaçqınlar ölkələrin sosial-iqtisadi inkişafına fayda verə bilər: “Gəlin, qaçqınların mənfi çalarda təqdim edilməsi, tənəzzüllə əlaqələndirilməsi kimi bəsit düşüncələri rədd edək. Dayanıqlı inkişaf prinsiplərinə sadiq qalaq və heç kəs diqqətdən kənarda qalmasın. Qaçqınlar da inkişafdan bəhrələnməlidir”.

 





20.06.2018    çap et  çap et