525.Az

İspaniya ilə Portuqaliyadan qələbə, Uruqvay və Rusiya 1/8 finalda


 

İspaniya ilə Portuqaliyadan qələbə, Uruqvay və Rusiya 1/8 finalda<b style="color:red"></b>

Bu gün Rusiyada keçirilən dünya çempionatında daha 3 görüş keçirilib.

Qol.az-ın məlumatına görə, baş tutacaq oyunlardan sonra A və B qruplarında ikinci tura yekun vurulacaq.

B qrupunun ilk matçında Portuqaliya Mərakeşlə üz-üzə gəlib. İlk görüşdə Kriştiano Ronaldonun het-triki sayəsində İspaniya ilə bərabərə qalan Portuqaliya yığması mundialda ilk qələbəsini qazanıb.

Qrupun digər matçında İran və İspaniya üz-üzə gəlirb. Görüşün aşkar favoriti İspaniya 1:0 hesabı ilə qalib gəlib.

A qrupunda isə Uruqvay millisi qrupun autsayderi hesab olunan, ilk turda Rusiyaya 0:5 hesabı ilə uduzan Səudiyyə Ərəbistanı yığmasını sınağa çəkib. Cənubi Amerika təmsilçisi 1:0 hesabı ilə qalib gələrək Rusiya millisi ilə birgə son turun nəticəsindən asılı olmayaraq 1/8 finala adlayıb. A qrupunun birincisi B qrupunun ikincisi ilə, A qrupunun ikincisi B qrupunun birincisi ilə qarşılaşacaq.

 





21.06.2018    çap et  çap et