525.Az

“Məktəb seminarları”na start verildi


 

“Məktəb seminarları”na start verildi <b style="color:red"></b>

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən “Ümumi təhsildə keyfiyyət ili”nin yekunlarına həsr olunmuş “Məktəb seminarları”na start verilib. 

BŞTİ-nin İctimaiyyətlə əlaqələr sektorundan APA-ya verilən məlumata görə, "Məktəb seminarları”nın ilk sessiyaları Nəsimi və Səbail rayonlarının ümumi təhsil məktəblərini əhatə edib. 

BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva “Məktəb seminarları” layihəsinin əhəmiyyətindən və müzakirə olunan məsələlərin nəticələrindən danışıb. 

Sessiyada BŞTİ-nin sektor müdirləri Lamiyə Şərəfxanova, Anar Qədiməliyev, Bəşarət Məmmədov, TDM-in direktoru Samirə Bektaşi və digər şəxslər rayonlar üzrə məktəblərin keyfiyyət göstəriciləri, I sinfə qəbul, məktəbəhazırlığın təşkili, keyfiyyətə nəzarət işi, təlim keyfiyyətinin artırılması istiqamətində səmərəli yanaşmalar, ictimaiyyətlə əlaqələr, təhsil müəssisələrinin uğurlarının daha dolğun təbliği və digər müvafiq mövzularda çıxış ediblər. 

Qruplar şəkilində ayrı-ayrılıqda təşkil olunan sessiyalarda “Ümumi təhsildə keyfiyyət ili” çərçivəsində “Təhsil haqqında Qanun”a edilən dəyişikliklər, ümumi təhsil müəssisələrində  təlim-tərbiyə prosesinin təşkili, məktəbdaxili metodiki işə nəzarət, məktəbdənkənar təhsilin ehtiyaclar əsasında düzgün qurulması, sosial layihə və fəaliyyətlərin planlaşdırılması, şagirdlərlə psixoloji xidmətin düzgün təşkili və idrak proseslərinin korreksiyası, müəllim-şagird-valideyn münasibətlərinin tənzimlənməsi, şagirdlərin internetdən təhlükəsiz istifadəsi məsələləri müzakirə olunub. 

Həmçinin, “Məktəb seminarları” layihəsi çərçivəsində İdarənin İctimaiyyətlə əlaqələr sektorunun əməkdaşları tərəfindən məktəb saytlarını idarə edən şəxslər üçün saytların daha da təkmilləşdirilməsi və fəaliyyətinin səmərəliliyinin artırılması, təhsil müəssisələrinin həyatındakı yeniliklərin ictimaiyyətə daha operativ çatdırılmasının təmin olunması ilə bağlı təlimlər də keçirilib. 

Sessiyalar paytaxtın12 inzibati rayonu üzrə hər gün keçiriləcək.

 





21.06.2018    çap et  çap et