525.Az

Kim Trampa Soxe poliqonunu bağlayacağına söz verdi


 

Kim Trampa Soxe poliqonunu bağlayacağına söz verdi <b style="color:red"></b>

Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen In Şimali Koreyada Soxe poliqonunu bağlayacağına dair söz verib. 

APA-nın “CBS News”-a istinadən verdiyi xəbərə görə, o, ABŞ prezidenti Donald Trampla görüşdə bildirib ki, Şimali Koreyanın qərbində yerləşən Pxenan-Pukto əyalətində yerləşən raket poliqonunu bağlayacaq.  

Ancaq Kimin sözünə nə zaman əməl etməyə başlayacağı hələlik bəlli deyil. 

“ABŞ danışıqlarda irəlilədikcə bu məsələni diqqətdə saxlayacaq”, - deyə Ağ evin yaydığı məlumatda qeyd edilib. 

Qeyd edək ki, Kim Soxe poliqonundan raket mühərrikləri test etmək üçün istifadə edir.

 





21.06.2018    çap et  çap et