525.Az

ShushaPost.az saytı təqdim olundu


 

ShushaPost.az saytı təqdim olundu<b style="color:red"></b>

"Loqos" Psixoloji və Nitq İnkişaf Mərkəzində QHT Şurasının dəstəyi ilə maliyyələşən Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının növbəti layihəsi "Dağlıq Qarabağ münaqişəsində informasiya müharibəsinin rolu - ShushaPost.az saytının təqdimatı keçirilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə reallaşan "ShushaPost.az - 2 dildə informasiya portalının təkmilləşdirilməsi və inkişafı" adlı layihənin əsas məqsədi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ətrafında baş verən prosesləri obyektiv surətdə cəmiyyətə çatdırmaqdan  ibarətdir. ShushaPost.az saytı 3 ilə yaxındır ki,  Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının daxili imkanları hesabına yalnız Azərbaycan dilində fəaliyyət göstərib. Şura 2 aylıq layihə çərçivəsində saytın rus dili versiyasının da yaradılmasına imkan yaradıb.

Tədbiri giriş sözü ilə "Loqos" Psixoloji və Nitq İnkişaf Mərkəzinin Marketinq şöbəsinin rəhbəri Leyla Kərimova açaraq təmsil etdiyi qurum haqqında iştirakçılara geniş məlumat verib.

Daha sonra "Loqos" Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri Təranə Məmmədova çıxış edərək bu kimi layihələrin həyata keçirilməsinin vacibliyindən danışıb. T.Məmmədova rəhbərlik etdiyi qurumun bu və bu kimi mövzulara hər zaman həssas yanaşdığını, bu istiqamətdə müxtəlif layihələrin reallaşdırdığını diqqətə çatdırıb.

Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri Səbuhi Abbasov isə çıxışında layihə haqında geniş məlumat verib. ShushaPost.az saytının 3 ilə yaxındır ki, yalnız Azərbaycan dilində fəaliyyət göstərdiyini deyib: "ShsushaPost.az saytı ilkin mərhələdə 2016-cı ildə Gənclər Fondunun dəstəyi ilə 3 aylıq layihə çərçivəsində yaradılıb. Lakin layihə bitdikdən sonra da biz ASGA olaraq layihəni dayandırmadıq və bu illər ərzində öz şəxsi imkanlarımız hesabına davam etdirdik. Mən ilk növbədə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına öz dərin təşəkkürümü bildirirəm. Hesab edirəm bu layihəyə dəstək bundan sonra da olacaqdır".

Editor.az saytının rəhbəri Fərid Şahbazlı isə çıxışında münaqişə ətrafında baş verən proseslərə saytların müdaxiləsinin mütləq olduğunu deyib.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ətrafında baş verən proseslərə innovativ yanaşmanın vacib olduğunu deyən gənc alim, İKT üzrə mütəxəssis Cahid İsmayıloğlu bu proseslərdə yeni medianın rolunun əhəmiyyətini vurğulayıb.

Azərbaycan Diasporu İnformasiya Mərkəzinin rəhbəri Toğrul Allahverdili isə çıxışında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin gənclər arasında təbliğinin vacib olduğunu bildirib.

Azxeber.com saytının baş redaktoru Əfsələddin Ağalarov diqqəti Dağlıq Qarabağ münaqişəsi ətrafında baş verən prosesləri müxtəlif dillərdə beynəlxalq tribunalara daşınmasının önəminə çəkib.

Tədbirdən sonra sayt rəhbərləri, politoloqlar, ekspertlər mövzu ətrafında diskussiya aparıblar.    

Bədii hissədə balaca fidanların hazırladıqları vətənpərvərlik kompozisiyası tədbir iştirakçılarında xoş əhval-ruhiyyə yaradıb.

Şahanə MÜŞFİQ

 





21.06.2018    çap et  çap et