525.Az

"Azərbaycanda tələbələrin sayı dünya göstəricisindən aşağıdır"


 

"Azərbaycanda tələbələrin sayı dünya göstəricisindən aşağıdır"<b style="color:red"></b>

“Azərbaycanda orta təhsil səviyyəsində əlçatanlıq tam təmin edilib".

APA-nın xəbərinə görə, bunu baş nazirin müavini Əli Əhmədov Təhsil Nazirliyinin hesabat tədbirində bildirib.

Ə. Əhmədov deyib ki, ali məktəb səviyyəsində də təhsil əlçatan olmalıdır:

"Azərbaycan əhalisinin 1,3 faizini tələbələr təşkil edir ki, bu rəqəm dünya göstəricisindən aşağıdır. Təhsil sahəsinin inkişafını yalnız təhsil qurumlarından gözləmək lazım deyil. Cəmiyyətin təhsilə olan münasibəti də dəyişməlidir. Hesab edirəm ki, tələbə qəbulu ilə bağlı reqlament dəyişsə, daha yaxşı nəticələr əldə olunar".

 





21.06.2018    çap et  çap et