525.Az

Sumqayıt Dövlət Universitetinin girişində sütunlu tavan çökdü


 

Sumqayıt Dövlət Universitetinin girişində sütunlu tavan çökdü<b style="color:red"></b>

Bu gün saat 15:30-da Sumqayıt Dövlət Universitetinin (SDU) əsas tədris binasının giriş hissəsinin çöl tərəfindən sütunlu tavanı çökərək yararsız vəziyyətə düşüb. 

Bu barədə APA-ya SDU-nun mətbuat xidmətinin rəhbəri Nazxanım Cəlilli məlumat verib. 

O bildirib ki, öncədən əmələ gələn çatlar nəzərə alınaraq təhlükəsizlik tədbirləri görüldüyündən hadisə nəticəsində xəsarət alan olmayıb.   

N. Cəlilli qeyd edib ki, hadisə barədə müvafiq strukturlara məlumat verilib.

 





21.06.2018    çap et  çap et