525.Az

Sumqayıtda ağır şəraitdə yaşayan məcburi köçkünlər üçün yaşayış kompleksi tikilir


 

Sumqayıtda ağır şəraitdə yaşayan məcburi köçkünlər üçün yaşayış kompleksi tikilir<b style="color:red"></b>

Sumqayıt şəhərində yataqxanalarda və digər obyektlərdə ağır şəraitdə yaşayan 2900 məcburi köçkün ailəsinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə tikinti işləri aparılır. 

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, bu məqsədlə Abşeron rayonu ərazisindən Komitəyə ayrılmış 50,0 ha torpaq sahəsində, birinci mərhələdə, daha ağır şəraitdə yaşayan 1000 ailə üçün 24 ədəd 7 mərtəbəli binadan ibarət yaşayış kompleksi inşa edilir. 

Kompleksə 792 şagird yerlik məktəb binası, 140 yerlik uşaq bağçası, ikimərtəbəli inzibati bina (yerli icra strukturları, mənzil-istismar xidməti və s. üçün), həkim məntəqəsi, klub-icma mərkəzi və ATS binası da daxildir. Burada aparılan tikinti işlərinin 2018-ci ilin dekabr ayında başa çatdırılması nəzərdə tutulub.

 





21.06.2018    çap et  çap et