525.Az

Ukraynada Azərbaycan Ticarət Evi açılır


 

Ukraynada Azərbaycan Ticarət Evi açılır<b style="color:red"></b>

Sabah Ukrayna paytaxtında Azərbaycan Ticarət Evinin açılışı olacaq.

Trend-in məlumatına görə, bu məqsədlə Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərliyi ilə nümayəndə heyəti Ukraynaya səfər edəcək.

Açılış mərasimində iki ölkənin hökumət nümayəndələri, sahibkarlar iştirak edəcəklər.

Qeyd edək ki, bu, Azərbaycanın xaricdə açılan ikinci ticarət evi olacaq. İlk Azərbaycan Ticarət Evi 2017-ci ilin may ayında Minskdə açılıb.

Daha bir ticarət evinin Şanxayda açılması gözlənilir.

 





21.06.2018    çap et  çap et