525.Az

Almaniyadan vacib qələbə, Meksika və Belçikadan növbəti 3 xal


 

Almaniyadan vacib qələbə, Meksika və Belçikadan növbəti 3 xal<b style="color:red"></b>

Rusiyada keçirilən dünya çempionatında bu gün daha 3 oyun keçirilib.

Qol.az-ın məlumatına görə, artıq G qrupunda 2-ci tura start verilib. Belçika Tunislə qarşılaşıb. İlk turda Panamanı məğlub edən “qırmız şeytanlar” bu dəfə də 3 xal qazanmaqla 1/8 finala adlamağı hədəfləyirdi. Roberto Martinesin komandası 5:2 hesablı qələbə qazanmaqla pley-offa vəsiqəni böyük ölçüdə təmin edib.

Bu qrupun digər oyunu sabah keçiriləcək. İngiltərə Panamanı sınağa çəkəcək.

F qrupunda ilk turun matçında Almaniya millisi üzərində sensasion qələbə qazanan Meksika 2-ci turda Cənubi Koreya ilə üz-üzə gəlib. Meksika bu dəfə də qalib gəlməklə (2:1) 1/8 finala yaxınlaşıb.  Asiya təmsilçisi isə pley-offa çıxmaq şansını itirib.

Günün əsas matçında Almaniya və İsveç üz-üzə gəlib. Almaniya son dəqiqədə vurduğu qolla vacib qələbə qazanıb - 2:1.

 





24.06.2018    çap et  çap et