525.Az

Qrup mərhələsində ikinci tur tamamlandı


 

Qrup mərhələsində ikinci tur tamamlandı <b style="color:red"></b>

Rusiyada keçirilən dünya çempionatında dünən ikinci tura yekun vurulub.

Qol.az-ın məlumatına görə, əvvəlcə G qrupunda İngiltərə və Panama yığmaları qarşılaşıb. Britaniyalılar 6:1 hesabı ilə qalib gələrək qrupun digər iştirakçısı Belçika kimi 1/8 finala vəsiqəni vaxtından əvvəl təmin ediblər.

Qeyd edək ki, Panama ilk dəfə qatıldığı dünya çempionatında ilk qolunu bu oyunda vurub.

Daha sonra H qrupunda Yaponiya və Seneqal milliləri üz-üzə gəlib. Görüş 2:2 hesabı ilə başa çatıb.

Günün son matçında Polşa Kolumbiyanı sınağa çəkib. İlk turda uduzan tərəflərin duelindən Kolumbiya qalib ayrılıb. 0:3 hesablı yenilgidən sonra Polşa növbəti mərhələ şansını itirib. Kolumbiya isə 1/8 finala adlamaq üçün son turda mütləq Seneqala qalib gəlməlidir.

 





25.06.2018    çap et  çap et