525.Az

Məşhur türk futbolçu deputat oldu


 

Məşhur türk futbolçu deputat oldu<b style="color:red"></b>

Türkiyəli məşhur futbolçu Alpay Özalan ölkədə keçirilən parlament seçkilərində Böyük Millət Məclisinə üzv seçilib.

Qol.az-ın "Habertürk"ə istinadən yaydığı xəbərə görə, Türkiyə millisinin sabiq müdafiəçisi millət vəkili seçilib. Onun namizədliyini hakim Ədalət və İnkişaf Partiyası (AKP) irəli sürüb. Veteran futbolçu doğulduğu İzmirin deputatı olub.

Qeyd edək ki, daha əvvəl Türkiyə futbolunun daha bir tanınmış siması - Hakan Şükür də AKP-dən millət vəkili seçilsə də, daha sonra FETÖ ilə əlaqəli olmaqda ittiham olunduğu üçün ABŞ-a köçməli olub.

 





25.06.2018    çap et  çap et