525.Az

10 ildə 600 jurnalist öldürülüb


 

10 ildə 600 jurnalist öldürülüb<b style="color:red"></b> BMT baş katibinin müavini Yan Eliasson iyulun 17-də Təhlükəsizlik Şurasının Jurnalistlərin qorunması beynəlxalq təşkilatının müzakirələrində çıxışı zamanı son 10 ildə 600 jurnalistin öldürüldüyünü bildirib.
 
Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, baş katibin müavini onların 41-nin Suriyada həlak olduğunu vurğulayıb.
 
«Gerçəkdən bu qəbuledilməz və şokedicidir. Jurnalistlərə hücum edənlərin 90 faizi cəzası qalıb» -deyə, Y.Eliasson bildirib.
 
BMT-nin Təhlükəsizlik Şurasında jurnalistlər ilk dəfədir peşə fəaliyyətinin riskləri barədə açıqlama verib.
 
2012-ci ildə Suriyada girov saxlanılmış «NBC» -nnin jurnalisti Riçard Encel deyib ki, obyektiv olmaları üçün «diplomatlar kimi jurnalistlərin də qorunması vacibdir».
 
«Sizə obyekti, peşəkar jurnalistlər lazımdırsa, bizə də müdafiə gərəkdir» -deyə, R, Enceli bildirib.
 





18.07.2013    çap et  çap et