525.Az

Braziliya və İsveçrə 1/8 finalda, Almaniya qrupda qaldı


 

Braziliya və İsveçrə 1/8 finalda, Almaniya qrupda qaldı<b style="color:red"></b>

Dünən DÇ-2018-in daha iki qrupuna yekun vurulub.

Qol.az-ın məlumatına görə, əvvəlcə F qrupunun oyunları keçirilib.

Bu qrupda mundialın sensasiyası qeydə alınıb. Dördqat dünya çempionu Almaniya millisi gözlənilmədən Cənubi Koreyaya 0:2 hesabı ilə uduzaraq qrupda qalıb. Bundestim qrup sonuncusu olub.

Digər görüşdə isə İsveç və Meksika milliləri üz-üzə gəlib. Oyun skandinaviyalıların böyükhesablı qələbəsi ilə başa çatıb – 3:0.

Beləliklə, qrupda müvafiq olaraq 1-ci və 2-ci yerləri tutan İsveç və Meksika pley-offa yüksəlib.

F qrupunda isə Serbiya Braziliyanı, İsveçrə isə Kosta-Rikanı qəbul edib. Burada 3 komandanın pley-offa çıxmaq şansı var idi. Yalnız Kosta-Rika bu imkana malik deyildi. Seblərə 2 cavabsız qolla qalib gələn Braziliya qrup lideri olaraq pley-offa yüksəlib. İsveçrə - Kosta-Rika matçında isə 2:2 hesablı bərabərlik qeydə alınıb. İsveçrə bu nəticə ilə xalını 5-ə çatdırıb və qrupda 2-ci yeri tutaraq 1/8 finala adlayıb. Serbiya və Kosta-Rika isə mübarizəni dayandırıb.

 





28.06.2018    çap et  çap et