525.Az

“Sazlı-sözlü Göyçə”nin ikinci nəşri


 

“Sazlı-sözlü Göyçə”nin ikinci nəşri <b style="color:red"></b>

Filoloq alim və tədqiqatçı İslam Ələsgərin (1925-2014) “Sazlı-sözlü Göyçə” antologiyası latın qrafikasında çapdan çıxıb.

AZƏRTAC xəbər verir ki, kitab Xətai Ələsgərli tərəfindən 1999-cu ildə kiril əlifbası ilə çap olunmuş ilk variantın latın qrafikasında ikinci nəşridir. Əvvəlkindən fərqli olaraq yeni versiyada Göyçədə yaşamış şair və aşıqların son illərdə qələmə aldıqları şeirləri müəlliflərin şəkilləri ilə verilib.

Tərtibçisi və “Ön söz”ün müəllifi İslam Ələsgər olan kitabın redaktoru Araz Yaquboğlu, arxiv məlumatlarını təqdim edən Xətai Ələsgərli, nəşri çapa hazırlayan Niftalı Göyçəli, texniki redaktor və korrektoru Mahmud Əyyubludur.

 





30.06.2018    çap et  çap et