525.Az

"Mədəniyyət.AZ"ın xüsusi buraxılışı Cümhuriyyətə həsr olundu


 

"Mədəniyyət.AZ"ın xüsusi buraxılışı Cümhuriyyətə həsr olundu<b style="color:red"></b>

"Mədəniyyət.AZ" jurnalı bu dəfə Azərbaycan Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunan xüsusi buraxılışla oxucuların görüşünə gəlib.

Jurnalın bu nömrəsində XX əsrin başlanğıcında regionda gedən proseslər, həmin zəmində ölkəmizin suverenliyi üçün tarixi şəraitin yetişməsi, ürəklərdə yaşayan azadlıq ideyalarının siyasi səhnəyə daşınması, Şərqdə ilk dəfə demokratik dövlət quruculuğu, onu yaradan şəxsiyyətlərin həyat və fəaliyyəti, bolşevik işğalından sonrakı aqibətləri və mühacirətdəki taleləri barədə sanballı, elmi-tədqiqat səpkili yazılara geniş yer verilib. Filologiya üzrə fəlsəfə doktoru, Əməkdar Mədəniyyət İşçisi, baş redaktor Zöhrə Əliyeva jurnala yazdığı "Ön söz"də bunu təsdiqləyib.

Oxucular bu nömrədə Şirməmməd Hüseynov, Asif Rüstəmli, Vilayət Quliyev, Sona Vəliyeva, Rafiq Novruzov, Əfqan Vəliyev, Ədalət Tahirzadə, Dilqəm Əhməd, Səadət Qarabağlı, İlham Rəhimli, Abid Tahirli, Ziyadxan Əliyev, Lətifə Məmmədova, Kamran İsmayılov, Fəridə Şəmsi, Əsgər Əhməd, Şirin Bünyadova və başqalarının imzalarında 100 ilin əks-sədasını eşitdirən müsahibələr, Cümhuriyyət varislərinin şahidliyinə görə, sərhədlər uzaqlığından araşdırılıb öyrənilmiş həqiqətlər, müstəqillik uğrunda aparılan mücadilənin nəticələri ilə tanış ola biləcəklər.

Jurnalda əcnəbi oxucunu da Cümhuriyyət tariximizlə bağlı məlumatlandıracaq rus və ingilis dilində geniş məqalələr yer alıb. Ənənələrinə sadiq qalaraq elmi araşdırmalarla zəngin jurnalda bu dəfə də, səyahətçi oxucunu Bakı haqqında ingilis dilində məlumatsız buraxmayıblar.

Şahanə MÜŞFİQ

 





04.07.2018    çap et  çap et