525.Az

Əjdər Ol və Səlim Babullaoğlu Astanada


 

Əjdər Ol və Səlim Babullaoğlu Astanada<b style="color:red"></b>

Tanınmış ədiblər – yazıçı, şair Əjdər Ol və Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, şair, tərcüməçi Səlim Babullaoğlu 2-3 iyul tarixlərində Astanada keçirilən "Global Silk Road – Böyük İpək Yolu ölkələri merlərinin I forumu”nda iştirak ediblər. 
 
Qazaxıstanın paytaxtı Astanada keçirilən forumun bir bölümü "İpək Yolu ölkələri ədəbiyyatları və mədəniyyətlər dünya kontekstində” mövzusuna həsr olunmuşdu.
 
Həmin bölümdə azərbaycanlı ədiblərlə yanaşı Qazaxıstandan Oljas Suleymennov, Qazaxıstan Yazıçılar Birliyinin sədri Esdaulet Uluqbəy, Murad Auezov, Qırğızıstandan Yazıçılar Birliyinin sədri Akbar Rıskulov, Tatarıstan Yazıçılar Birliyinin sədri Danil Salihov, Başqırdıstan Yazıçılar Birliyinin sədri Zəki Əlibəyov, Tacikistan Yazıçılar İttifaqının sədr müavini Ato Mirxoca, Türkiyədən professor Orxan Söylməz, ABŞ-dan Kolumbiya Universiteti Global Classroomproject – Yer İnstitutunun regional direktoru Rafis Abazov, Qorqud İctimai Fondunun rəhbəri Dana Meirbekova da iştirak edirdilər.

Həm Əjdər Ol, həm Səlim Babullaoğlu mövzu ilə bağlı geniş məruzələr ediblər.

Forum zamanı bir çox ikitərəfli görüşlər də keçirilib, Azərbaycan ədəbiyyatının Çin, Qazaxıstan və Tacikistanda mütəmadi nəşri imkanları ilə bağlı bir çox məsələlər müzakirə olunub.



Bundan başqa, ədiblər daha bir maraqlı görüşə dəvət alıblar.
 
Belə ki, iyulun 7-də Özbəkistanın paytaxtı Daşkənddə, Ə.Nəvai adına Özbəkistan Milli Kitabxanasında şairlərlə görüş planlaşdırılıb.
 
Görüşü məşhur özbək jurnalisti və tərcüməçisi, Özbəkistanın www.ziyouz.com kimi ən böyük mədəniyyət portalının rəhbəri  Davronbek Tojialiev təşkil edib.
 
Görüşdə Azərbaycan poeziyasını və bütövlükdə şeiri sevən özbək oxucularla yanaşı Özbəkistanın tanınmış şairləri və alimləri də iştirak edəcəklər. Artıq saytda bu haqda məlumat verilib.
 
Şairlərimizin Səmərqənd və Buxaraya da səfər edəcəyi, müxtəlif ədəbiyyat tədbirlərinə qatılacaqları da gözlənilir.

 





04.07.2018    çap et  çap et