525.Az

"Günay" mövsümə yekun vurdu


 

"Günay" mövsümə yekun vurdu <b style="color:red"></b>

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Bakı Uşaq Teatrının nəzdində fəaliyyət göstərən, müxtəlif beynəlxalq incəsənət festivallarında ölkəmizi uğurla təmsil edən "Günay" uşaq studiyası builki mövsümü bağlı elan edib.

Bu münasibətlə keçirilən tədbirdə rusdilli uşaqlardan ibarət studiyanın üzvləri teatrlaşdırılmış rəqs nömrələri nümayiş etdirərək ilə yekun vurublar.

Bağlanış mərasimində Bakı Uşaq Teatrının direktoru-bədii rəhbəri, Əməkdar artist İntiqam Soltan studiyanın rəhbəri Larisa Tarusovanı, xoreoqraf Günəş Talıbovanı və fəal iştirakçıları fəxri fərmanla təltif edib.

ŞAHANƏ

 





05.07.2018    çap et  çap et