525.Az

Hindistanlı rəssamın əsərləri “YARAT”da


 

Hindistanlı rəssamın əsərləri “YARAT”da <b style="color:red"></b>

İyulun 7-də “YARAT” Müasir İncəsənət Məkanı tanınmış Hindistan rəssamı Şilpa Quptanın fərdi sərgisini təqdim edəcək.

Mərkəzdə açılacaq sərginin ilham mənbəyini və mərkəzi hissəsini əsrlərboyu yaradıcılığına və siyasi baxışlarına görə həbslərə məruz qalmış 100 şairə ithaf edilən, yeni və genişmiqyaslı çoxkanallı səs instalyasiyası təşkil edir. Bu instalyasiya, sərgidə nümayiş etdirilən digər yeni rəsm və heykəltəraşlıq nümunələri ilə yanaşı, bu gün insanların söz və ifadə azadlığının zəifliyi və təsirlərə məruz qalması problemlərini ön plana çəkir.

Sərgi məkanının bütövlükdə birinci mərtəbəsini əhatə edən 100 ədəd mikrofon 100 metal mil üzərindən asılıb.

Xüsusi olaraq bu sərgi üçün, rəssam öz “Görmürəm, eşitmirəm, danışmıram” (“Don't See Don't Hear Don't Speak”, 2006) fotoqrafik silsiləsinə yenidən qayıdaraq - üç oxşar insan bir-birlərini əhatəyə alıb və bir-birlərinin gözlərini, qulaqlarını və ağzını yuman heykəl yaradıb. Mahatma Qandi tərəfindən məşhurlaşdırılan yapon deyimindən ilhamlanan bu əsər, bizim hal-hazırda dəyişən siyasi landşaftımızı və yaxın dövrün separatizm dalğası kontekstindən qaynaqlanmaqla, rəssamın öz doğma vətənində yer alan şər qüvvələrə, insanların adətən öz baxışlarına görə məruz qaldığı basqılara istinad edir. Sərgidəki digər əsərlər ilə aktiv dialoq yaradan bu heykəl, ifadə azadlığının çox güclü inikasını təqdim edir.

Şilpa Quptanın səs instalyasiyası “YARAT” Müasir İncəsənət Məkanı və Edinburq İncəsənət Festivalı tərəfindən birgə sifariş edilib. Sərginin kuratoru Björn Geldhofdur.

ŞAHANƏ

 





06.07.2018    çap et  çap et