525.Az

DİM bu gün növbəti imtahan keçirir


 

DİM bu gün növbəti imtahan keçirir<b style="color:red"></b>

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün Bakı, Naxçıvan, Gəncə, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmazda növbəti imtahanları keçirir. 

DİM-dən APA-ya verilən məlumata görə, bu imtahanlarda ali təhsil müəssisələrinin V ixtisas qrupuna (xüsusi qabiliyyət tələb edən ixtisaslara) və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) sənəd vermiş 18116 nəfər əvvəlki illərin məzunları, ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) sənəd vermiş 4437 nəfər əvvəlki illərin məzunları, eksternat qaydasında attestasiyada iştirak etmək üçün qeydiyyatdan keçmiş, üzrlü səbəbdən buraxılış imtahanlarında iştirak edə bilməmiş cari ilin məzunu olan 847 nəfər IX sinif, 2614 nəfər XI sinif şagirdinin (ümumilikdə 26014 nəfər) iştirakı nəzərdə tutulur. 

İmtahanların idarə olunması üçün 170 imtahan rəhbəri, 2073 nəzarətçi-müəllim ayrılıb.

 





10.07.2018    çap et  çap et