525.Az

"Azərsu" "Elektron hökumət"də 13-cü xidmətini istifadəyə verib


 

"Azərsu" "Elektron hökumət"də 13-cü xidmətini istifadəyə verib<b style="color:red"></b>

"Azərsu" Açıq Səhmdar Cəmiyyəti (ASC) istehlakçılara göstərilən müştəri xidmətlərinin asanlaşdırılması, bu sahədə şəffaflığın və operativliyin təmin edilməsi məqsədilə müasir informasiya texnologiyaların tətbiqini davam etdirir.

Cəmiyyətdən verilən məlumata görə, "Elektron hökumət" portalı haqqında Əsasnamə"nin təsdiq edilməsi və elektron xidmətlərin genişləndirilməsi ilə bağlı tədbirlər barədə" Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq "Azərsu" ASC tərəfindən "Əhali qrupuna aid olan yeni istehlakçının qeydiyyata alınması" adlı elektron xidmət istifadəyə verilib. Sayca 13-cü olan bu xidmət vasitəsilə əhali qrupu üzrə yeni istehlakçılar "Azərsu" ASC-nin abonent bazasında abonent kimi qeydiyyata alınır. Adıçəkilən xidmətdən su və kanalizasiya şəbəkələrinə qoşulmaq üçün texniki şərt almış və şəbəkəyə qoşulmuş abonentlər istifadə edə bilər. Bunun üçün "www.e-gov.az" portalında qeydiyyatdan keçmiş vətəndaşlar portalın xidmətlər bölməsində "Azərsu" ASC, daha sonra "Əhali qrupuna aid olan yeni istehlakçının qeydiyyata alınması" adlı elektron xidməti seçilməlidir. Müraciətin qeydiyyata alınması üçün vətəndaşlar yaşadığı rayonun adı, istehlakçının ünvanı (küçə/qəsəbə/kənd, ev nömrəsi, mənzil nömrəsi), bina evi və ya həyət evi seçimi, istehlakçının şəxsiyyət vəsiqəsinin FİN kodu, texniki şərt sənədinin elektron formada yüklənməsi(zəruri olduqda), mülkiyyəti təsdiq edən sənədin (çıxarış, sərəncam, bələdiyyə qərarı, order və s.) elektron formada yüklənməsi, yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər haqqında arayışın elektron formada yüklənməsi, müraciət edənin telefon nömrəsi, müraciət edənin elektron poçt ünvanı və müraciətlə bağlı qeydlər bölmələrini elektron qaydada doldurmalıdırlar.

Təqdim olunan məlumatlar düzgün olduğu təqdirdə müraciət icra olunur və abonentin elektron poçt ünvanına yeni müqaviləni imzalaması üçün sukanal idarəsinə yaxınlaşması barədə bildiriş göndərilir. Əgər abonentin təqdim etdiyi hər hansı məlumatda yanlışlıq və ya anlaşılmazlıq aşkar edilərsə, bu barədə onun elektron poçt ünvanına məlumat ötürülür və məlumatın dəqiqləşdirilməsi tələb olunur.

Texniki şərt almış istehlakçılar bu xidmət vasitəsilə "Azərsu" ASC-nin abonent bazasında qeydiyyata alınır, su təchizatı və kanalizasiya xidmətlərinin göstərilməsi üçün onlarla müqavilə bağlanır və abonent kodu verilir.

CEYHUN

 





11.07.2018    çap et  çap et