525.Az

Yuxarı yaşda olanlar dövlət qulluğu imtahanında uğur qazana bilməyib


 

Yuxarı yaşda olanlar dövlət qulluğu imtahanında uğur qazana bilməyib<b style="color:red"></b>

Dövlət İmtahan Mərkəzi (DİM) 30 iyunda inzibati icraçı vəzifələrə (B növü) aid olan vəzifə qrupları üzrə keçirilən imtahanda iştirak etmiş namizədlərin yaş kateqoriyası və gender aspektləri haqqında statistik məlumatları açıqlayıb. 

DİM-dən APA-ya verilən məlumata görə, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçən namizədlərin 807 nəfəri kişi, 569 nəfəri isə qadın olub. 

Qeydiyyatdan keçən namizədlərdən kişilər üzrə 714 nəfər (qeydiyyatdan keçənlərin 88.5%-i), qadınlar üzrə isə 512 nəfər (qeydiyyatdan keçənlərin 90%-i) 20-34 yaş intervalında olanlardır. Ən yuxarı yaş qrupu (60-64 yaş intervalı) üzrə qeydiyyatdan keçənlərin 1-i kişi, 1-i isə qadındır. Lakin yuxarı yaş intervalına aid kişi və qadın namizədlərin heç biri imtahanda uğur qazana bilməyib. Ümumiyyətlə, imtahanda iştirak edən 45 yaşdan yuxarı namizədlərdən yalnız 5 nəfəri (3 kişi, 2 qadın) imtahanı uğurla keçib.

Ümumilikdə imtahanda müvəffəqiyyət əldə edən kişi və qadınların 188 nəfəri (96 kişi və 92 qadın) 20‑24 yaş intervalında olan namizədlərdir. Bu yaş qrupu üzrə imtahandan iştirak edən kişilərin 40.5%-i, qadınların isə təqribən 54.4%-i müvəffəqiyyət əldə edib. 

25-29 yaş intervalında isə 226 nəfər (127 kişi və 99 qadın) lazım olan balı toplaya bilib. 

İmtahanda uğur qazanan namizədlərin 482 nəfəri, yəni təqribən 95%-i yaşı 34-ə qədər olan insanlardır. Bu göstərici 22 aprel tarixində keçirilən imtahanda da təxminən eyni idi (96%). Bu onu göstərir ki, imtahanlarda uğur əldə edən namizədlər əsasən gənclərdir. Yaş intervalı artıqca uğur əldə edənlərin faizi aşağı düşür. 

35-64 yaş intervalında olan və imtahanı uğurla keçən namizədlərin sayı 26 nəfərdir. 

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 1376 namizəddən 508 nəfəri (36.9%) müvəffəqiyyət əldə edib.

 





11.07.2018    çap et  çap et