525.Az

Xorvatiya tarixində ilk dəfə mundialın finalında


 

Xorvatiya tarixində ilk dəfə mundialın finalında<b style="color:red"></b>

Bu gün dünya çempionatında yarımfinal mərhələsinə yekun vurulub.

Qol.az-ın məlumatına görə, ikinci finalçının adı Xorvatiya - İngiltərə matçından sonra müəyyənləşib.

Görüşün 5-ci dəqiqəsində ingilislər hesabı açdsa da, Xorvatiya ikinci hissədə hesabı barabərləşdirib. Əsas vaxt bu hesabla tamamlandığından əlavə vaxta ehtiyac duyulub. Görüşün 109-cu dəqiqəsində Mario Mandjukiç xorvatların qələbə qolunu vurub.

Bununla da, Xorvatiya millisi tarixində ilk dəfə mundialın finalına yüksəlib.

Qeyd edək ki, Xorvatiya finalda Fransa ilə qarşılaacaq. Oyun iyulun 15-də keçiriləcək

DÇ-2018

Yarımfinal

11 iyul

22:00. Xorvatiya - İngiltərə - 2:1
Qollar
: Trippyer, 5 (0:1), Perişiç, 68 (1:1), Mandjukiç, 109 (2:1)
Baş hakim: Cüneyt Çakır (Türkiyə)
Moskva. “Lujniki”

10 iyul

Fransa – Belçika 1:0

 





12.07.2018    çap et  çap et