525.Az

Rövşən Rzayev Qaradağda məcburi köçkünlərlə görüşdü


 

Rövşən Rzayev Qaradağda məcburi köçkünlərlə görüşdü<b style="color:red"></b> Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Bakı şəhərində qəzalı binalarda, yararsız tikililərdə, yaşayış üçün təhlükəli yerlərdə müvəqqəti məskunlaşmış məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması, sosial problemlərinin həlli istiqamətində Azərbaycan prezidenti İlham Əliyevin verdiyi tapşırıqların icrasını davam etdirir.

R.Rzayev bu məqsədlə Bakının Qaradağ rayonunda qamış tipli üç mərtəbəli qəzalı binalarda müvəqqəti məskunlaşmış 37 məcburi köçkün ailəsi ilə görüşüb.

Komitə sədri məcburi köçkünlərin problemləri ilə yerində tanış olub, onların qayğılarını dinləyib, suallarını cavablandırıb.

Məcburi köçkünlərin problemlərinin araşdırılması və müvafiq tədbirlərin görülməsi üçün tapşırıqlar verilib.
 





12.07.2018    çap et  çap et