525.Az

AYB Gəncə hadisələrlə bağlı bəyanat verdi


 

AYB Gəncə hadisələrlə bağlı bəyanat verdi <b style="color:red"></b>

Azərbaycan Yazıçılar Birliyi iyulun 10-da Gəncədə baş vermiş hadisələrlə bağlı bəyanat yayıb.

Bəyanatda deyilir:

“2018-ci il iyulun 10-da Gəncə şəhərində baş vermiş iğtişaş və öz vəzifə borclarını yerinə yetirən polis zabitlərimizin qətlə yetirilməsi Azərbaycan dövlətçiliyinə zərbə vurmağa, ölkəmizdəki əmin-amanlığı pozmağa cəhd edən bədxah və cinayətkar qüvvələrin çirkin niyyətlərinin nəticəsidir.

Bu yolverilməz cəhdlər, cinayətkar əməllər bütün ölkə ictimaiyyətində olduğu kimi Azərbaycan yazıçı və şairlərində də kəskin hiddət doğurmuşdur. Ölkə ədiblərinin qəti mövqeyi belədir ki, bütün bunlar Azərbaycan dövlətinə, xalqımıza qarşı törədilmiş ağır cinayətlərdir və qanunun tam qüvvəsilə cəzasını almalıdır.

Baş verən təxribatları pisləyir, təxribatçıları lənətləyir, xidmət zamanı həlak olan polislərimizə Allahdan rəhmət diləyir, xalqımıza başsağlığa verir, vətəndaşlarımızı səbr və təmkin nümayiş etdirməyə, dövlətçiliyimizi daha fəal dəstəkləməyə çağırırıq. Eyni zamanda, Azərbaycan Yazıçılar Birliyi olaraq, hər cür daxili və xarici təhlükələrə qarşı dövlətimizin yanında olduğumuzu, ölkə rəhbərliyinin məqsədyönlü siyasətini qətiyyətlə dəstəklədiyimizi bəyan edirik”.

 





12.07.2018    çap et  çap et